ABŞ-dan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA

08:50 - 14 Mart 2022

ABŞ-dan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA

ABŞ Ukraynaya əhəmiyyətli silah tədarükünü davam etdirə biləcəyinə əmindir.

 

Manset.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Biz Ukrayna cəbhəsinə əhəmiyyətli miqdarda hərbi yardım - silah və təchizat çatdırmaqda davam edə biləcəyimizə əminik. İndiyədək biz bu işdə uğur qazanmışıq və inanırıq ki, Rusiya təhdidlərinə baxmayaraq, davam etməyə imkan verəcək bir sistemimiz var”, - deyə Sullivan CBS telekanalına bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az