"Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir".
Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
“Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var. Bu da prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm.
Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, danışıqlarda Ukrayna lazımi nəticəni alsın. Normal və effektiv zəmanətlərimiz olsun deyə. Budapeştdəki kimi deyil, səmamızdakı kimi deyil. Ukraynalılar deyə bilsinlər ki, “bu işləyir, bunlar zəmanətdir”, - deyə ölkə başçısı vurğulayıb.