Rusiya Tacikistanda hərbi təlimlərə BAŞLADI

11:51 - 14 Mart 2022

Rusiya Tacikistanda hərbi təlimlərə BAŞLADI

Rusiyanın 201-ci hərbi bazasının mindən çox hərbçisi Tacikistanda hərbi təlimlərə başlayıb.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Hərbi Dairəsinin Mətbuat xidməti yayıb.

Taktiki təlimlər “Harb-Maydon” poliqonunda keçirilir və martın 18-nə kimi davam edəcək. Bununla yanaşı, təlimə 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də helikopterlər cəlb olunacaq.

Qeyd edək ki, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazası Rusiyanın öz sərhədlərindən kənarda sahib olduğu ən böyük hərbi obyektidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az