İlon Mask rəsmi Twitter hesabından diqqəti çəkən açıqlama verib.
Manset.az xəbər verir ki, Mask öz Twitter hesabında verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putini duelə çağırıb. O, tvitində "Vladimir Putin, səni Ukrayna uğrunda duelə çağırıram" sözlərini yazıb. Onun bu sözləri qısa zamanda gündəm olub.
Mask duelin harada və nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verməyib.