Türkiyə və Belarus XİN başçıları arasında telefon danışığı OLDU

18:26 - 14 Mart 2022

Türkiyə və Belarus XİN başçıları arasında telefon danışığı OLDU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və belaruslu həmkarı Vladimir Makey arasında telefon danışığı olub.

Manşet.az istinadən xəbər verir ki, Vladimir Makey Türkiyənin XİN başçısını martın 11-dən 13-dək keçirilən Antalya Diplomatik Forumunun uğurla başa çatması münasibətilə təbrik edib.

Məlumata görə, tərəflər geniş kontekstdə regiondakı vəziyyət və konkret olaraq Ukrayna ətrafındakı durumu müzakirə edib, münaqişənin qaynar fazasına tez bir zamanda son qoyulması barədə yekdil fikir bildirib.

Nazirlər münaqişə zonasından öz vətəndaşlarının təxliyəsi və humanitar dəhlizlərin fəaliyyəti məsələlərinə toxunublar. XİN başçıları Belarus və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini vurğulayaraq ikitərəfli münasibətlər mövzusunu da müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az