Ukrayna-Rusiya danışıqları təxirə SALINDI

19:28 - 14 Mart 2022

Ukrayna-Rusiya danışıqları təxirə SALINDI

Rusiya və Ukrayna arasındakı danışıqlarda texniki fasilə yaranıb.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara martın 15-dək texniki fasilə verilib.

Manşet.az xəbər verir ki, bu barədə o, "Twitter”də yazıb.

Podolyak fasiləni işçi qruplarındakı əlavə dəqiqləşdirici fəaliyyətlə izah edib. Qeyd edək ki, martın 14-də Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların dördüncü raundu başlayıb.

Müzakirə olunan məsələlər arasında sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az