Avropada təbii qazın qiyməti kəskin AZALDI

19:46 - 14 Mart 2022

Avropada təbii qazın qiyməti kəskin AZALDI

Avropa bazarında təbii qazın qiyməti kəskin ucuzlaşaraq 1 200 ABŞ dollara çatıb.

Manşet.az xəbər verir ki, Londondakı “İCE Futures” birjasındakı səhər hərracında regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in aprel fyüçersləri 15,99 % ucuzlaşaraq min kubmetri 1 216 ABŞ dollarına satılıb.

Qiymətlərin ötən həftə rekord həddə qalmasından sonra azalması Rusiyaya qarşı sanksiyalara baxmayaraq bu ölkədən başlıca boru kəmərlərlə nəqlinin davam etməsi, həmçinin havaların yumşalması ilə bağlıdır.

Xatırladaq ki, martın 7-dəki səhər hərraclarda qaz 4 min ABŞ dolları həddinə yaxınlaşsa da, ayın 11-də 1 400 ABŞ dollardan aşağı düşmüşdü.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az