"Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm" - Kuleba

19:55 - 14 Mart 2022

\"Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm\" - Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib:

"Dostum Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən səyləri barədə mənə məlumat verdi. Biz, Ukraynada sülhün bərqərar edilməsi üçün birgə addımlarımızın koordinasiyasının davam etdirilməsinə razılaşdıq. Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm" - D. Kuleba qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az