"Youtube" Rusiyada bloklanacaq?

20:00 - 14 Mart 2022

\"Youtube\" Rusiyada bloklanacaq?

Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin sədr müavini Anton Qorelkin bildirib ki, "YouTube" Roskomnadzorun tələblərini yerinə yetirməsə, yaxın vaxtlarda bloklana bilər.

Manşet.az xəbər verir ki, "Rusiya dövlətinin "Instagram”ı bloklamaq qərarı açıq siqnaldır - "YouTube" informasiya müharibəsində silah olmağa davam edərsə, yaxın gələcəkdə onunla da eyni şey baş verə bilər. Platforma bunu açıq şəkildə və təbii ki, sahiblərinin əmri ilə edir”, - o bildirib.

Qorelkinin sözlərinə görə, Roskomnadzorun platformaya girişi məhdudlaşdırmaq üçün bütün hüquqi əsasları var.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az