Bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub.
Manset.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.