Ukraynada keçirilən xüsusi əməliyyat çərçivəsində Rusiya Silahlı Qüvvələri ilk dəfə olaraq “Kinjal” hipersəs raketlərindən istifadə edib. Raket Ukraynada hərbi anbarı məhv edib.
Manset.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov deyib.
Onun sözlərinə görə anbar yerin altında yerləşirmiş.
- Martın 18-də hipersəsli aeroballistik raketlərə malik “Kinjal” aviasiya raket sistemi İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib, - rusiyaı general deyib.
Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlamamışdan bir neçə gün öncə sözügedən raketlərlə bağlı da xüsusi hərbi təlimlər keçirmişdi.