“Zelenski Ukraynadakı prosesləri çox az idarə edir”

17:54 - 19 Mart 2022

“Zelenski Ukraynadakı prosesləri çox az idarə edir”

"Mən ancaq indi Volodimir Zelenski ilə bağlı öz fikrimi ifadə edə bilərəm. Hesab edirəm ki, o, Ukraynadakı prosesləri çox az idarə edir”.

Manşet.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

"Hətta münaqişədən əvvəl o, bu proseslərə çox da dərindən girmirdi, yəqin ki, hazırlığı və ya hazırlıqsızlığı ilə əlaqədardır. Lakin o, axmaq adam deyil və mən ümid edirdim ki, təcrübə ilə iki illik prezidentliyi müddətində o, Ukraynadakı vəziyyəti tamamilə adekvat şəkildə idarə edəcək. Bu, baş vermədi – münaqişə başladı”, - deyə Lukaşenko əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az