Dünyaca məhşur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Şuşada çəkiliş aparır.
Manşet.az xəbər verir ki, bununla bağlı görüntüləri Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə paylaşıb.
“Dünya şöhrətli Reza Deqati bu gün Şuşada çəkiliş apararkən… Şəhərin yuxarı hissəsində qarın hündürlüyü bir metrə çatır…”, - o qeyd edib.