Zelenskiyə NATO rəhbərliyindən Alyansa üzvlük məsələsinə cavab verildi

20:48 - 20 Mart 2022

Zelenskiyə NATO rəhbərliyindən Alyansa üzvlük məsələsinə cavab verildi

“Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bu ölkədə hərbi əməliyyata başlamazdı”.

 

Manset.az xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əgər biz NATO üzvü olsaydıq, müharibə başlamayacaqdı. Mən ölkəm, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istərdim. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, o zaman bizi dərhal qəbul edin, çünki insanlar hər gün ölür”, - deyə Zelenski bildirib.

Ukraynalı lider Alyans rəhbərləyinə birbaşa müraciət etdiyini və ondan ölkəsinin NATO-ya üzvlük məsələsində qəti qərar qəbul etməsini tələb edib.

O, qeyd edib ki, şəxsən Alyans rəhbərliyindən xahiş edib ki, NATO-ya üzvlük məsləsində Ukraynanın bir, iki və ya beş ildən sonra qəbul ediləcəyini birbaşa desin və ya sadəcə olaraq açıq şəkildə “yox” desin.

“Siz NATO-ya üzv olmayacaqsınız, amma rəsmi olaraq qapılar açıq qalacaq”,- deyə Zelenski müsahibəsində bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az