Böyük Britaniyada inflasiya bu həddə yüksəldi

14:34 - 23 Mart 2022

Böyük Britaniyada inflasiya bu həddə yüksəldi

Böyük Britaniyada fevral ayında istehlak qiymətləri indeksi son 30 ilin maksimumunadək yüksələrək 6,2% artım göstərib.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Qeyd olunur ki, yanvar ayında bu göstərici 5,5% təşkil edib.

Məlumata görə, ötən həftə dünyada artan geosiyasi gərginlik fonunda İngiltərə Bankı fevral ayından bəri ikinci dəfə baza faiz dərəcəsini 0,5%-dən 0,75%-ə qaldırıb. Eyni zamanda Britaniya mərkəzi bankı apreldə inflyasiyanın 8%-ə çata biləcəyi barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az