“Rusiya itkilərini nə vaxt açıqlayacaq?” sualına - Peskovdan cavab

15:02 - 23 Mart 2022

“Rusiya itkilərini nə vaxt açıqlayacaq?” sualına - Peskovdan cavab

“Rusiya Müdafiə Nazirliyi lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrində itkilər barədə yeni məlumat verəcək”.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov jurnalistlərə açıqlamasında onu da əlavə edib ki, Müdafiə Nazirliyi bu barədə bir dəfə məlumat verib:

“Həqiqətən də, məlumatı Müdafiə Nazirliyi bir dəfə verib, lakin artıq dediyimiz kimi, bu preroqativlik tamamilə onlara, yəni bizim hərbçilərə məxsusdur. Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az