Kreml Rusiya diplomatlarının Polşadan qovulmasını cavabsız qoymayacaq

15:16 - 23 Mart 2022

Kreml Rusiya diplomatlarının Polşadan qovulmasını cavabsız qoymayacaq

"Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq".

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az