“Rusiya ağır bombardmana baxmayaraq, Ukraynada irəliləyə bilmir” - Şolts

15:57 - 23 Mart 2022

“Rusiya ağır bombardmana baxmayaraq, Ukraynada irəliləyə bilmir” - Şolts

"Rusiya qüvvələri şəhər və qəsəbələrin ağır bombardmanına baxmayaraq, Ukraynada irəliləyə bilmir".

 

Manset.az BBC-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. O, qeyd edib ki, Rusiya lideri həqiqəti eşitməlidir və döyüşləri dayandıraraq diplomatik həll yolu tapmağa çalışmalıdır:

“Müharibə sadəcə Ukraynanı deyil, həm də Rusiyanın gələcəyini dağıdır ”, - deyə Şolts bildirib.

Almaniya kansleri əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar davamlı olaraq sərtləşdirilir, lakin atılan addımlar Avropa ölkələrinə Rusiya liderliyindən daha çox zərər vurmamalıdır.

Şolts ukraynalıların Almaniyaya güvənə biləcəyini, ukraynalı qaçqınların Almaniyada xoş qarşılandığını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az