Ərdoğanın sədrliyi ilə Ermənistanla normallaşma prosesi müzakirə edildi

21:45 - 23 Mart 2022

Ərdoğanın sədrliyi ilə Ermənistanla normallaşma prosesi müzakirə edildi

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Manşet.az xəbər verir ki, Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Həmçinin MTŞ-nin iclasında Ermənistanla normallaşma prosesi çərçivəsində Qafqazda baş verən proseslər müzakirə olunub.

Bundan başqa toplantıda Ərdoğanın da qatılacağı cümə axşamı günü Brüsseldə keçiriləcək NATO-nun Fövqəladə Liderlər Zirvəsi öncəsi Rusiya-Ukrayna böhranı qiymətləndirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az