Ukraynada 86 hərbi obyekt MƏHV EDİLDİ

22:01 - 23 Mart 2022

Ukraynada 86 hərbi obyekt MƏHV EDİLDİ

Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 86 obyekti məhv edib.

Manşet.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General bildirib ki, sıradan çıxarılan obyektlər arasında 6 komanda məntəqəsi, 2 YARS, 8 səhra topu, 3 silah anbarı və 49 toplanma məntəqəsi yer alır.

“Əməliyyat başlayandan 255 PUA, 1564 tank və digər zirehli maşınlar, 158 YARS, 627 top və 1367 hərbi avtomobil məhv edilib” – deyə Konaşenkov qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az