Daha 1 ölkə Putini hərbi cinayətkar ELAN ETDİ

08:59 - 24 Mart 2022

Daha 1 ölkə Putini hərbi cinayətkar ELAN ETDİ

Polşa Seymi Rusiyanın Ukraynada törətdiyi soyqırım aktlarını qətiyyətlə pisləyir və Prezident Vladimir Putin hərbi cinayətkar elan edilib.

 

Manset.az “PolskieRadio”ya istinadən xəbər verir ki, martın 23-də Seym müvafiq qətnamə qəbul edib.

Bildirilir ki, bu, alqışlarla, yəni səslər hesablanmadan, lakin seçicilərin reaksiyasına əsasən təsdiqlənib.

“Polşa Respublikasının Seymi uzun müddət davam edən zorakılıq aktlarını, hərbi cinayətləri, insanlığa qarşı cinayətləri, soyqırım aktlarını, insan hüquqlarının sistemli şəkildə pozulmasını və beynəlxalq hüququn digər cinayətkar pozuntularını pisləyir”, - qərarda deyilir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az