Ukrayna Rusiyaya məxsus iri desant gəmisini məhv etdi - FOTO/VİDEO

12:09 - 24 Mart 2022

Ukrayna Rusiyaya məxsus iri desant gəmisini məhv etdi - FOTO/VİDEO

Rusiya Ordusunun ələ keçirdiyi Berdyansk limanında RF Qara dəniz donanmasının “Orsk” iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Sosial şəbəkələrdə bir gəminin batdığı, daha iki gəminin yandığı, onlarla birlikdə sursat anbarı və yanacaq çənlərinin də məhv edildiyi yazılıb.

“Daha iki gəmi zədələnib, 3000 tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, - deyə məlumatda bildirilir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az