Kadırov da video yaydı: yenə çeçenlər, amma bu dəfə...

17:13 - 24 Mart 2022

Kadırov da video yaydı: yenə çeçenlər, amma bu dəfə...

Çeçenistan rəhbəri Ramzan Kadırov çeçenlərin Rusiya tərəfdən Ukraynada döyüşdüyünü əks etdirən görüntülər paylaşıb.

 

Manset.az xəbər verir ki, R.Kadırov Teleqram kanalında yaydığı videoda çeçen döyüşçünün Ukraynada Çeçenistan bayrağı qaldırmasını xüsusi qeyd edib.

“Həmişən ən təhlükəli, hətta ölüm anında insanların gülməyi bacarmasına təəccüblənmiş və heyran olmuşam. Heç bir şübhə yoxdur ki, bu, döyüşçünün güclü ruhunun nəticəsidir. Özünüzü qoruyun, qardaşlar! Tezliklə bütün bunlar uğurla başa çatacaq”, - Kadırov bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna uğrunda Rusiya ordusu ilə döyüşən çeçenlərin Şeyx Mansur alayının döyüşünü əks etdirən video yayılmışdı. Kadırovun buna cavab olaraq görüntü yaydığı iddia edilir.

Xatırladaq ki, Çeçenistandan olan mühacirlər Ukrayna ordusunda Rusiyaya qarşı vuruşur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az