Mariupolda bombalanan teatrda ölənlərin sayı AÇIQLANDI

15:55 - 25 Mart 2022

Mariupolda bombalanan teatrda ölənlərin sayı AÇIQLANDI

Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.

 

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, - məlumatda bildirilir.

Xatırladaq ki, martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atması ilə bağlı məlumat yayılmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə xəbər olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az