Şəkidə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo