Türkiyənin Ukraynada hərbi iştirakı mümkün deyil - Çavuşoğlu

21:09 - 31 Mart 2022

Türkiyənin Ukraynada hərbi iştirakı mümkün deyil - Çavuşoğlu

Razılaşma əldə olunsa, Ukrayna hərbi alyanslara daxil olmayacaq, amma Avropa İttifaqına üzv ola bilər.

Manşet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN başçısı əlavə edib ki, "bu halda Türkiyə zəmanətçilərdən biri olacaq və Rusiya razılaşma əldə olunduğu təqdirdə, özü də üzərinə bu rolu götürməli olacaq".

Çavuşoğlu, həmçinin bildirib ki, Türkiyənin Ukraynada hərbi iştirakı müzakirə mövzusu deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az