Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılmayıb. Belə bir məsələ gündəlikdə yoxdur.
Manşet.az xəbər verir ki, bu sözləri Ermənistan XİN-in mətbuat katibi erməni mediasının sorğusuna cavab olaraq bildirib.
"Bəli, Antalyada belə bir təklif oldu, ancaq bildiyiniz kimi, görüş baş tutmadı və hazırda da belə bir görüş gündəmdə yoxdur”, - o deyib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etmək istədiklərini, Bakının bu görüşə qarşı olmadığını açıqlamışdı.