Yaponiyadan Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı SANKSİYA

11:30 - 01 Aprel 2022

Yaponiyadan Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı SANKSİYA

Yaponiya BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələri pozmaları iddiası ilə Rusiyadan olan dörd şirkət və üç şəxsə sanksiya tətbiq edir.

 

Manset.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Apollon” MMC, Parsek LLC, RK Briz, “Zil-M” MMC, həmçinin Aleksandr Çasovnikov, Aleksandr Qayevoy və Roman Alar Yaponiyanın Şimali Koreya ilə bağlı sanksiyaları altına düşüblər.

Aleksandr Çasovnikov “Zil-M” şirkətinin, Aleksandr Qayevoy isə “Apollon”un rəhbəridir. Bu təşkilatların və şəxslərin kapitalları dondurulacaq.

Qeyd edilir ki, sanksiyalar həmin şirkət və şəxslərin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilmiş fəaliyyətləri, Şimali Koreyanın nüvə və digər kütləvi qırğın silahları (inkişaf etdirmə) planları və ballistik raketlər proqramı (inkişaf etdirilməsi) ilə əlaqədardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az