Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində Rusiyaya məxsus “Mi-28” helikopterini vurublar.
Manset.az xəbər verir ki, bu barədə görüntülər UNİAN informasiya agentliyinin teleqram kanalında yayımlanıb.
Görüntülərdə Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusunun onlardan birini vuruğu əks olunub.
İndiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28"i isə ilk dəfədir məhv ediblər.
`