Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petruni öldürülüb.
Bu barədə Manset.az “InformNapalm” birliyinə istinadən xəbər verir.
Eyni zamanda Samaranın hərbi komendantı olan Petruninin Çeçenistan və Suriyada hərbi təcrübəsi var idi.
“Komsomolskaya pravda” nəşri isə xəbər verir ki, hərbçi hələ martın sonunda həlak olmuş, aprelin 5-də isə Volqoqradda dəfn olunub.
