Roma Papası Fransisk xəstəxanadan buraxılıb.
Manset.az xəbər verir ki, bu barədə Vatikan nümayəndəsi Matteo Bruni məlumat verib.
Onun sözlərinə görə, Papa xəstəxananı tərk etdikdən sonra Romada Santa-Maria-Maggiore katedralına gedib. O, burada uğurlu keçən əməliyyat üçün dua edib və bunun ardından Vatikana dönüb.
Qeyd edək ki, Roma Papası iyulun 4-ü xəstəxanaya yerləşdirilmiş və yoğun bağırsaq əməliyyatı keçirmişdi.