Bill Qeyts dünyanı xilas edəcək layihəsini elan etdi

17:03 - 14 Aprel 2022

Bill Qeyts dünyanı xilas edəcək layihəsini elan etdi

“Microsoft”un qurucusu Bill Qeyts, “dünyanı xilas edəcək” bir layihəsi olduğunu və adının "GERM" olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 
“GERM” adını Qeytsin quracağı komandadan alacaq.

Sözügedən layihə növbəti epidemiya üçün irəli sürüləcək.

Qeyts vurğulayıb ki, lazımi addımlar atılsa, yeni pandemiyanın qarşısını almaq olar.

GERM komandası da bunun üzərində işləyəcək. 

Qeytsin planına görə, komandaya ildə 1 milyon dollar sərmayə qoyulacaq. 

Hələlik komanda 3 min nəfərdən ibarət olacaq və hər zaman müdaxilə etməyə hazır olacaq.

Komanda üzvlərinə epidemioloqlardan tutmuş məlumat alimlərinə, diplomatiya ekspertlərindən tutmuş kommunikatorlara qədər bir çox müxtəlif iş sahələrindən olan insanlar daxil olacaq.

Komanda əvvəlcədən işə başlayacağı üçün mümkün epidemiya halında epidemiya pandemiyaya çevrilməmiş vəziyyəti xilas edəcək.

Eyni zamanda, komanda üzvləri daim mobil olacağından, dərhal reaksiya, yerində cavab və uzaqdan müdaxilə kimi müxtəlif vəziyyətlərdə səlahiyyətli olacaqlar.

Daha əvvəl pandemiya ilə bağlı iddiaları ilə gündəmə gələn Bil Qeyts, dünyanın son aylarda daha bir epidemiya ilə üzləşəcəyini iddia edib.

O, bu xəstəliyin çiçək olacağını söyləyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az