Ermənistan Türkiyəyə quru sərhədinin açılmasını təklif etdi

10:40 - 15 Aprel 2022

Ermənistan Türkiyəyə quru sərhədinin açılmasını təklif etdi

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına dair ilk mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədini açmağı təklif edib”.

 

Manset.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə bu məsələ ilə bağlı qərar verməyə tələsmir: “Ümid edirik ki, bu məsələ ilə bağlı nəticə əldə etmək mümkün olacaq”.

Unanyan, həmçinin qeyd edib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında növbəti görüş Vyanada keçirilə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az