Türkiyənin reytinqli layihələrindən olan "Kuruluş Osman" serialında Azərbaycanla bağlı səhnə yer alıb.
Manset.az xəbər verir ki, baş rolunu aktyor Burak Özçivitin canlandırdığı ekran işində ordumuzun II Qarabağ müharibəsində qələbə qazanmasına toxunulub.
2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan "İti qovan kimi qovuruq" ifadəsi bu dəfə "Kuruluş Osman" serialında səsləndirilib.
Belə ki, ekran əsərində "Gəncə bəy" obrazına həyat verən Avropa çempionu Zabit Səmədov Şuşadan müharibədən gəldiyini deyib. O, düşmənləri "İti qovan kimi qovduq" ifadəsini işlədib.