Liviyanın Sirt bölgəsində sonuncu dəfə aşkarlanan məzarda 11 nəfərin cəsədi tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Liviyada indiyədək 94 müxtəlif məzarda 376 cəsəd tapıldığı halda, onlardan yalnız 70-nin şəxsiyyəti müəyyən edilib.
Sirtdə tapılan kütləvi məzarla Liviyada tapılan məzarların sayı 94-ə çatıb.
Cəsədlərə aid sümük nümunələri məhkəmə tibb ekspertləri tərəfindən araşdırılmaq üçün bölgə xəstəxanalarına göndərilib.
Birləşmiş Millətlər Təşkilatı daha əvvəl Liviyada tapılan kütləvi məzarlarla bağlı vəziyyətin çox ağır olduğunu bildirərək cinayətkarların tapılması üçün təcili çağırış etmişdi.
Cəsədlərin tanınması demək olar ki, mümkün deyil.
Liviyada itkin qohumları olan ailələr kütləvi məzarlıqlara görə məsuliyyət daşıyanların tapılaraq ədalət qarşısında cavab verməsini istəyirlər.