İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın etməsi nəticəsində 90 fələstinli yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin rezin üzlüklü güllələr, səs bombaları və vurduqları zərbələr nəticəsində 90 fələstinlinin yaralandığı bildirilib.
Yaralıların bölgədəki xəstəxanalara çatdırıldığı bildirilib.