Bu ölkədə orduya tırtıllara qarşı mübarizə əmri verildi

14:56 - 15 Aprel 2022

Bu ölkədə orduya tırtıllara qarşı mübarizə əmri verildi

Uqandada hökumət 13 min hektar əkin sahəsini məhv edən Afrika tırtılı ilə mübarizə üçün hərbçi yerləşdirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uqandanın baş naziri Robinah Nabbanja parlamentdə çıxış edərkən bildirib ki, hazırda 40-dan çox bölgədə olan tırtıllar qarğıdalı, darı, sorqo və buğda kimi əkinlərə və otlaqlara zərər verir.
Uqanda ordusuna tırtıl istilası ilə mübarizə üçün əmr verildiyini açıqlayan Baş nazir Nabbaja "Daha əvvəl çəyirtkə istilası ilə mübarizə üçün təlim keçmiş 100 ordu personalı bu tırtılları dəf edərək quruda döyüşmək üçün göndəriləcək" deyib.
Tırtıllar yağışın gecikməsi, eləcə də külək və quru hava səbəbindən sürətlə yayılıb.
Uqanda Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, bu günə qədər təxminən 1407 fermer tırtıl infeksiyasından təsirlənib.
Kənd təsərrüfatından əldə olunan gəlirlər ümumi milli məhsulun 22 faizini təşkil edir. 
İşğalın qarşısı alınmasa, aclıq və qıtlıq qaçılmaz olacaq.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az