ABŞ-dan Rusiyaya yardım edənlərə XƏBƏRDARLIQ

09:44 - 16 Aprel 2022

ABŞ-dan Rusiyaya yardım edənlərə XƏBƏRDARLIQ

ABŞ Rusiyaya tətbiq edilən sanksiyalardan yayınma ilə mübarizə üçün yeni tədbirlər görüb. Onlar yaxın bir-iki həftə ərzində elan ediləcək.

 

Manset.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu məsələni aktuallaşdıracaq:

“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyanın sanksiyalardan yayınmasına kömək etməyə çalışanlar barədə məlumat alacağıq. Üstəlik, həm Rusiya Federasiyası daxilində, həm də ondan kənarda. Və onlar bizim hədəfimiz olacaqlar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az