Britaniyanın hərbi təlimçiləri Ukraynaya qayıtdı

10:33 - 16 Aprel 2022

Britaniyanın hərbi təlimçiləri Ukraynaya qayıtdı

Böyük Britaniyanın Xüsusi Aviadesant Xidmətinin (SAS) hərbi təlimatçıları Ukraynaya geri dönüblər.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “The Times” qəzeti yayıb.

Bildirilir ki, hərbi təlimatçıların qayıtmasına səbəb Ukrayna Silahlı Qüvvələrinin komandirləri ilə təlimləri davam etdirməkdir.

Qəzet yazır ki, Kiyev və ətraf ərazilərdə ukraynalı hərbçilərə təlimlərin keçirilməsi təqribən iki həftə əvvəl başlasa da, bu barədə məlumat indi yayılıb. Hərbi təlimatçılar əsas olaraq ukraynalıları tank əleyhinə raket kompleksi “NLAW” ilə işləməyi öyrədirlər.

Qeyd olunur ki, britaniyalı hərbi təlimatçılar Ukraynanı fevral ayının ortalarında tərk etmişdilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az