“Putinin aşpaz”ı Donbasa getdi - Xüsusi tapşırıq

16:31 - 17 Aprel 2022

“Putinin aşpaz”ı Donbasa getdi - Xüsusi tapşırıq

“Putinin aşpaz”ı kimi tanınan Yevgeni Priqojin “Vaqner” döyüşçülərini koordinasiya etmək üçün Donbasa yollanıb.

Manset.az xəbər verir ki, bu barədə rusiyalı biznesmen Mixail Xodorkovskiyə məxsus “İzah edə bilərik” Teleqram kanalı məlumat yayıb.

“Priqojin Kremlin tapşırığı ilə döyüş bölgəsinə gedib və ondan vaqnerçilərin Ukrayna rəhbərliyindən kimisə ələ keçirəcəyini gözləyirlər”, - “Vaqner”ə yaxınlığı ilə bilinən mənbə jurnalistlərə açıqlamasında deyib.

Vahid Rusiya Partiyasından deputat olan Vitali Milonov da Priqojinin Donetsk vilayətində çəkilmiş fotosunu paylaşıb.

Qeyd edək ki, “Vaqner” şirkətinin Yevgeni Priqojinə məxsus olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az