Müharibə ilə bağlı - Zelenskidən ŞOK AÇIQLAMA

19:51 - 17 Aprel 2022

Müharibə ilə bağlı - Zelenskidən ŞOK AÇIQLAMA

“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin belə bir söhbət Rusiyanın ultimatumlarına əsaslanmamalıdır.

"Belə bir söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir", - Zelenski qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az