Ukrayna Baş Qərargahı: Rusiya ordusu ukraynalı kişiləri səfərbər edir

10:17 - 18 Aprel 2022

Ukrayna Baş Qərargahı: Rusiya ordusu ukraynalı kişiləri səfərbər edir

Ukrayna Baş Qərargahı Rusiya ordusunun ukraynalı kişiləri səfərbər etməyə başladığını iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş Qərargahdan verilən açıqlamada Ukrayna ordusu və xalqının Rusiya hərbi işğalına qarşı qəhrəmancasına müqavimətini davam etdirdiyi bəyan edilib.

Bildirilib ki, Ukraynanın mühasirədə olan İzyum şəhərindəki kişilər rus işğalçılarının insan resursları çatışmazlığı səbəbindən səfərbər olunmağa başlayıb.

Qondarma referendum hazırlıqlarının davam etdiyi Xersonda şəhər sakinləri arasında qondarma referendumdan sonra vətəndaşların silaha sarılmaq məcburiyyətində qalacağı barədə söz-söhbətlər yayılıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az