İrəvanda aksiya keçirildi

10:32 - 18 Aprel 2022

İrəvanda aksiya keçirildi

Ermənistanda aprelin 18-nə keçən gecə ölkənin Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasına etiraz olaraq aksiya keçirilib.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, paytaxt İrəvanın Azadlıq meydanında keçirilən aksiyada ölkə parlamentinin “Şərəfim var” müxalif fraksiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və onun bir qrup tərəfdaşı iştirak edib.

Polis aksiya iştirakçılarına çadır qurmağa icazə verməsə də, etirazçılar gecəni meydanda keçirib. Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 13-ü bildirib: “Beynəlxalq ictimaiyyət Qarabağla bağlı tələblərimizi azaltmağımızı istəyir”. Onun bu açıqlaması ölkə müxalifətinin etirazına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az