Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Döyüşlər nəticəsində Rusiyanın 20 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 790 ədəd tankı, 2 041 ədəd zirehli döyüş maşını, 381 ədəd artilleriya sistemi, 130 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 167 ədəd hərbi təyyarəsi, 147 ədəd helikopteri, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 155 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.