Ərdoğan məşhurlar üçün iftar süfrəsi açdı - VİDEO/FOTO

14:54 - 18 Aprel 2022

Ərdoğan məşhurlar üçün iftar süfrəsi açdı - VİDEO/FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dolmabahçe” sarayında sənətçilərə iftar qonaqlığı verib.

 

Manset.az Haberler.com-a istinadən xəbər verir ki, iftarda müğənnilər İbrahim Tatlıses, Bülent Ersoy, Orhan Gencebay, Demet Akalın, Müşerref Akay, Alişan Tektaş, aktrisalar Hülya Koçyiğit, Hülya Avşar, aktyor Tamer Karadağlı və s. məşhurlar iştirak edib.

Ərdoğan iftardan sonra masalara yaxınlaşaraq sənətçilərlə söhbət edib.

Tədbir boyunca dövlət başçısının xanımı Əminə Ərdoğanla söhbət edən Hülya Avşar fotoaparatı əlinə alaraq qonaqların şəklini çəkib.






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az