İsrail Hebrondakı Hərəm-i İbrahim məscidini müsəlmanların üzünə bağlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail rəhbərliyi işğal altında olan Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinə müsəlmanların girməsinə iki gün qadağa qoyub.
Hərəmi İbrahim Məscidinin direktoru Qassan er-Recebi bildirib ki, “İsrail rəhbərliyi Əl-Həlil İslam Vəqfləri Müdirliyinə yəhudilərin Pasxa bayramı qeyd etmələri səbəbiylə Hərəm-i İbrahim məscidinin bazar ertəsi və çərşənbə axşamı müsəlmanların girişinə bağlı olduğunu bəyan edib”.
İsrailin Hərəm-i İbrahim məscidini tamamilə yəhudi köçkünlər üçün açmağı planlaşdırdığını qeyd edən Rəcəbi, "Məscid müsəlmanlarındır, yəhudilərin buna haqqı yoxdur" deyib.