Niderland Kubokunun final matçı zamanı 22 azarkeş SAXLANILDI

21:38 - 18 Aprel 2022

Niderland Kubokunun final matçı zamanı 22 azarkeş SAXLANILDI

Rotterdam polisi PSV və "Ayaks" komandaları arasında keçirilmiş Niderlan Kubokunun final oyunu zamanı 22 azarkeşi saxlayıb.

Manşet.az "Report"a istinadən xəbər verir ki, fanatlar zorakılıq, priotexniki maddələrdən istifadə etmə, narkotik vasitə saxlama və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmamaqda günahlandırılırlar. Bildirilib ki, kütləvi saxlanılma matçın oynanıldığı stadiondan kənarda baş tutub.

Qarşıdurma zamanı iki azarkeş və bir polis yaralanıb, onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya getməli olublar.

Həmçinin, oyundan öncə "Ayaks"ın 200-ə yaxın tərəfdarını daşıyan 4 avtobus stadiona gedərkən yoxlanılıb. Üzərində narkotik maddə aşkarlanan şəxslər Amsterdama geri qaytarılıblar.

Qeyd edək ki, PSV - "Ayaks" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az