BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 28-də Ukraynaya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə onun Ofisi məlumat yayıb.
Bildirilib ki, Quterriş Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Prezident Volodimir Zelenski ilə görüşəcək.
Baş katibin Mətbuat xidmətindən verilən məlumata görə, Quterriş ölkə əhalisinə humanitar yardımın genişləndirilməsini müzakirə etmək üçün BMT-nin Ukraynadakı əməkdaşları ilə də görüş keçirəcək.
Qeyd edək ki, A. Quterriş aprelin 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.