İranda generalın oğlu qətlə yetirildi

16:22 - 23 Aprel 2022

İranda generalın oğlu qətlə yetirildi

İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini, general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

Manşet.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub.

Hücum nəticəsində ondan başqa heç kimin xəsarət almadığı bildirilir.

Mahmud Absalan həm də İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az