Ukrayna-Rusiya müharibəsində əsir düşən azərbaycanlı tələbə - VİDEO

18:34 - 23 Aprel 2022

Ukrayna-Rusiya müharibəsində əsir düşən azərbaycanlı tələbə - VİDEO

“Bilirdik ki, müharibə olacaq, amma bu qədər dəhşətli olacağını bilmirdik”.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki,  BBC-yə Ukraynada müharibə başlayan zaman Mariupol Universitetində təhsil alan 20 yaşlı azərbaycanlı tələbə Hüseyn Abdullayev deyib.

Müharibə başlayanda H.Abdullayev Mariupolu tərk edib, yolboyu Rusiya hərbçilərinin qurduqları bir neçə postdan keçsə də, sonuncuda onu saxlayıblar.

“Sənədlərimizi yoxlayandan sonra bizi soyundurdular. Onlar döyməmizin olub-olmadığını yoxlayırdılar. Məndə olmasa da, sürücümüzün ayağında çıxdı. Hamını avtomatın qundağı ilə döyməyə başladılar”, – deyə H.Abdullayev bildirib.

Tələbə saxlanıldıqdan sonra həbsxanaya aparılıb. Onu ruslara qarşı döyüşən hərbçi adlandırıblar. 

H.Abdullayev əsirlikdə işgəncə gördüyünü bildirib. Daha sonra onu dostları xilas ediblər.

Ətraflı süjeti təqdim edirik:

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az